Mərkəzin rəhbəri: Cabbarov Ramil Şahin oğluƏlaqə tel: +(994) 12 492-57-31 ; 055-742-10-22 (mob.) |
UNEC-in Elmi Şurasının 28.04.2017-ci il tarixli iclasının qərarı və 23.06.2017-ci il tarixli əmri ilə Digital marketinq mərkəzi yaradılıb. 11.10.2017-ci ildən Digital marketinq mərkəzinə rəhbərlik rektorun köməkçisi, “Marketinq” kafedrasının müəllimi Ramil Şahin oğlu Cabbarova həvalə edilib.
Azərbaycan Dövlət İqtisad Universitetində yaradılmış UNEC Digital Marketinq Mərkəzinin əsas missiyası məhz, ixrac sahəsində yaranmış yeni imkanlara müasir bazar araşdırması və innovativ üsullar ilə dəstəyi təmin etməkdir. Mərkəzin dəstəyi ilə qeyri-neft ixracını həyata keçirən şirkətlərvaxt və maliyyə xərclərinə qənaət etməklə, digital marketinq vasitəsilə xarici bazarlarınoperativ, etibarlı və spesifikaraşdırmalarını aparacaq, hədəf seqmentin alış prosesinə təsir edən kommunikasiya mesajını çatdıracaqdır. Bunun üçün mərkəz Azərbaycanda fəaliyyət göstərən ixracatçı təşkilatlar və assosasiyalar ilə əməkdaşlıqların qurulmasını, onlara səmərəli digital marketinq xidmətinin göstərilməsini prioritet məsələ kimi qiymətləndirməkdədir.
Digital marketinqin yaratdığı imkan sayəsində şirkətlər olduqları yerdən ayrılmadan xarici bazarlarda səmərəli şəkildə brend və məhsul təbliğatını aparacaq, daha çox potensial müştəri kütləsinə informasiya çatdıra biləcəkdir. Həmçinin, virtual aləmdə xarici bazarların dəyişkənliyinin izlənilməsi və şirkət səviyyəsində uyğunlaşmanı təmin etmək mümkündür ki, bu da öz növbəsində ənənəvi riskləri minimuma endirməyə şərait yaradacaqdır. İxracla məşğul olan şirkətlərin digital marketinq sahəsini daim gündəmdə saxlaması, virtual aləmdə baş verən hər bir dəyişikliyin monitorinqi və buna uyğun olaraq məhsul və xidmətlərini adaptasiya etməsi də olduqca vacib şərtdir.
UNEC Digital Marketinq Mərkəzi Azərbaycanın bütünlükdə rəqəmsal dünyası barədə tədqiqatlar apararaq dövri hesabatlar hazırlayacaqdır ki, bu da öz növbəsində sahibkarların strateji addımları üçün əhəmiyyətli mənbə olacaqdır. Hesabatlarda sosial mediada baş verən dəyişikliklər, yeni yaranan trendlər, toplumun davranış xarakteristikası, innovasiyaya meyillilik, hədəf seqment ilə effektiv kommunikasiya istiqamətləri, online reklam planlaması, reytinq məlumatları və digər səmərəli informasiyalara yer alacaqdır.
Şirkətlərin Web resurslarının ixracyönümlülüyün qiymətləndirilməsi, sosial media marketinq üzrə imkanların artırılması, qlobal axtarış saytlarında spesifik reklam strategiyasının qurulması da Digital Marketinq Mərkəzinin diaqnostik funksiyalarına daxil edilmişdir. 3 milyarddan çox qlobal internet istifadəçisinin Google, Facebook, Twitter, Youtube, Instagram və digər sosial media vasitələrindən yararlanma dinamikasını təhlil etdikdə, çox aydın şəkildə digital dünyanın ixrac üçün əvəzolunmaz vasitə olduğunu görmək mümkündür. İstehlakçıların daha çox vaxt keçirdiyi sosial medianın effektiv kommunikasiya xətti kimi daim gündəmdə saxlanılması gərəkdir.
Digital alətlərin və kontent reklamın gündəmə adaptasiyasının başlıca hədəfi əsas müştəri seqmentinin diqqətini çəkməkdir.Bu anlamda digital marketinqin fokuslandığı istehlakçı ehtiyaclarının öyrənilməsi həm tələb-təklif balasının qorunmasına, həm də gələcəkdə atılacaq addımlar üçün informasiya mənbəyi sayılacaqdır.
Mərkəz xarici təcrübənin öyrənilməsi, bu sahədəki yeniliklərin izlənilməsi və qlobal hesabatlarda yer almaq məqsədilə beynəlxalq digital marketinq assosasiya və təşkilatlarla daimi əməkdaşlıq edəcək, müştərək tədqiqatların aparılmasını reallaşdıracaqdır.
Bu sahədə kadr potensialının artırılması baxımından da Digital Marketinq Mərkəzi öhdəlik götürmüşdür. Belə ki, digital marketinq üzrə dünya səviyyəli sertifikasiya və imtahan mərkəzlərinin ölkə nümayəndəliklərinin yaradılması planlaşdırılır. Bu isə öz növbəsində digital marketinq istiqamətdə çalışan şəxslərin karyera yüksəlişi üçün stimul yaradacaq, o cümlədən yeni başlayanlar üçün potensial iş imkanları qazandıracaqdır.
Digital marketinq sahəsinin hiper-sürətlə inkişafı yeni tendensiyaların izlənilməsini labüd edir. Bu baxımdan dünya səviyyəli ekspertlərin online görüşlərinin keçirilməsi mərkəzdə fəaliyyət göstərən komandanın yeni biliklərə yiyələnməsinə əvəzolunmaz töhvələr verəcəkdir.
Dünyada geniş yayılan startup hərəkatına UNEC-dən də dəstək gəlmiş, 2014-cü ildə Azərbaycanda ilk dəfə İnnovativ Biznes İnkubator qurulmuşdur. Startupların digital sferada qarşılaşdıqları maneələrə doğru reaksiya verilməsi, fürsətlərin dəyərləndirilməsi, risklərdən yayınmaq və ən əsası düzgün strategiya qurulmasına Digital Marketinq Mərkəzinin heyəti öz dəstəyini göstərəcəkdir.
Mərkəz tələbələrlə yanaşı, müəllimlərlə də interaktiv işlərin aparılmasını reallaşdıracaqdır. Professor-müəllim heyətinə digital dünya ilə tanışlıq, effektiv istifadə və yararlanma amilləri aşılanacaqdır. Başqa sözlə, akademik heyət ilə digital dünya arasında körpü rolunu oynayacaqdır. Nəticə etibarı ilə universitet heyətinin virtual dünyada aktivliyinin yüksəlməsi marketinq prizmasından universitetin təbliğatı üçün effektiv nəticələrə gətirib çıxaracaqdır.
UNEC müəllimindən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində təlim (iqtisadiislahat.org – 23.02.2018)
Tanınmış marketoloqdan UNEC Digital Marketinq Mərkəzinə dəstək (17.11.2017)
Digital Marketinq Mərkəzinə seçimlərin ilkin mərhələsi başa çatıb (07.11.2017)
UNEC yerli ixracatçılar üçün xarici bazarların digital marketinqini aparacaq (01.11.2017)
İxrac potensialının artırılması dövlət siyasətinə UNEC-dən dəstək (18.10.2017)