Mərkəzin rəhbəri: prof. Elşən Mahmud oğlu HacızadəÜnvan: UNEC-in I tədris korpusu |
Enerji İqtisadiyyatı Mərkəzi – EİM Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 6 Dekabr 2018-ci il tarixli iclasının EŞ-162 №-li Qərarı və UNEC rektorunun 21 dekabr 2018-ci il tarixli 1124/3/2018 №-li əmrinə əsasən yaradılmışdır.
UNEC rektorunun 29 may 2019-cu il tarixli 365/3/2019 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik iqtisad elmləri doktoru, professor Hacızadə Elşən Mahmud oğluna həvalə edilmişdir.
Enerji sektorunun aktual problemlərinin həlli istiqamətində araşdırmalar aparmaq, enerji resurslarından səmərəli istifadə əsasında innovativ texnologiyaların tətbiqi üzrə elmi işləmələr yerinə yetirmək, UNEC-in professor-müəllim heyətinin və tələbələrinin müvafiq istiqamətdəki fəaliyyətlərində dəstək olmaq, onun iqtisadiyyatın real sektoru, dövlət və ictimai institutlar ilə əlaqələrini inkişaf etdirmək, ekspert və konsaltinq xidmətlərini göstərmək, milli enerji təhlükəsizliyinin möhkəmləndirməsi və enerji effektivliyinin artırılması üzrə layihələr, inkişaf senariləri hazırlamaq və təkliflər vermək.
*
TM rəhbəri – professor Hacızadə Elşən Mahmud oğlu
– Sultanov Samir Əzim oğlu —Azərbaycan Nazirlər Kabineti Aparatının “Sənaye və energetika məsələləri” şöbəsi, böyük məsləhətçi. Dövlət qulluğunun baş müşaviri
– Cəfərov Tahir Dəmir oğlu — Azərbaycan Respublikası Energetika Nazırliyi «Azalternativenerji» MMC, baş energetik, Beynəlxalq Ekoenergetika Akademiyası, fəxri professor
– i.e.n., dos. Məmmədzadə Emin Eldar oğlu — Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, İnnovasiya menecmenti və elmin inkişaf problemləri şöbəsi, aparıcı elmi işçi;
– İsazadə Namiq Ağaheydər oğlu — SOCAR Abşeron Qazma Şirkəti, Texniki xidmət koordinatoru;
– İsmayılova Esma Mustafa qızı – «Beynəlxalq iqtisadiyyat (ingilisdilli)» kafedrasının böyük laborantı, dissertant
1.“Enerji effektivliyi” adlı elmi jurnal hazırlamaq və nəşr etdirmək;
2.İqtisadiyyat sahəsində Nobel mükafatının təsis edilməsinin 50 illiyinə həsr edilmiş monoqrafiya hazırlamaq və nəşr etdirmək;
3.Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə bağlı magistrantlar arasında “Enerji iqtidasiyyatının aktual problemləri” adlı referat müsabiqəsi keçirmək.
1.İqtisadiyyat və energetika sahəsində fundamental və tətbiqi elmi tədqiqatlar yerinə yetirmək, onların nəticələrini təşviq və tətbiq etmək;
2.Enerji effektivliyinin artırılması istiqamətində yeni innovativ texnologiyaların konsepsiyasının hazırlanması, habelə müvafiq sahədə ekspert qiymətləndirməsi və konsaltinq xidmətlərinin göstərilməsi üzrə əsas mərkəzlərdən birinə çevrilmək;
3.Enerji sektorunun normativ-hüquqi bazasının təkmilləşdirilməsində, onun institusional sisteminin genişləndirilməsində fəal iştirakçılar və təşəbbüsçülər sırasında mövqe tutmaq;
4.Həyata keçirilən sənayeləşmə və enerji siyasətinin səmərəli reallaşmasına, milli enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə keçidlə, enerji auditi, enerji effektivliyi xidmətlərinin göstərilməsi, enerji menecerlərinin hazırlanmasında və strateji yol xəritələrində müəyyən olunmuş müvafiq hədəflərə yetişmədə davamlı elmi dəstəyi təmin etmək;
5.UNEC-in inkişaf konsepsiyasının həyata keçirilməsində mərkəzin töhfələrini artırmaq;
6.Ölkə daxilində və xaricdə yerləşən tədqiqat mərkəzləri, institutlar, universitetlər və özəl sektor təmsilçiləri ilə fəal əməkdaşlıq qurmaq;
7.Beynəlxalq sferada universitet elmi mərkəzləri sırasında öncül mövqelərə çıxmaq.
№5 ENECO
№4 ENECO
№3 ENECO
№2 ENECO