Mərkəzin rəhbəri: f.e.d., prof. R.M.RzayevÜnvan: UNEC-in II tədris korpusu |
Kompozit materiallar Elmi Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 28 fevral 2019-cu il tarixli iclasının 164 №-li Qərarı və UNEC rektorunun 29 mart 2019-cu il tarixli 188/3/2019 №-li əmrinə əsasən yaranmışdır.
UNEC rektorunun 22 iyul 2019-cu il tarixli 564/3/2019 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik “Fizika və kimya” kafedrasının müdiri f.e.d., prof. R.M.Rzayevə həvalə edilmişdir.
yüksək ixtisaslı mütəxəssislər hazırlanmasında iştirak etmək, fundamental, tətbiqi və axtarış elmi-tədqiqat işləri aparmqa, professor-müəllim heyətini, doktorantları və ali təhsil müəssisəsi tələbələrini elmi-tədqiqat işlərinə geniş cəlb etmək
– nəzdində fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin müvafiq fakültə və ya kafedrası arasında tədrislə bağlı sıx əlaqə yaradılması;
– təsdiq edilmiş istiqamətlər üzrə fundamental, tətbiqi və axtarış tədqiqatlarının aparılması;
– ali təhsil müəssisəsinin bölmələrinə, müəssisələrə və xalq təsərrüfatının başqa təşkilatlarına laboratoriyada yerinə yetirilmiş tədqiqatların əsasında yeni metod və texnologiyanın, cihaz və materialların və s. yaradılmasında və mənimsənilməsində köməklik edilməsi.
*
TM rəhbəri: “Fizika və kimya” kafedrasının müdiri f.e.d., prof. R.M.Rzayev
Üzvlər:
1. f.e.d. Babayeva Rəna Fikrət qızı – Fizika və kimya kafedrasının professoru
2. f.ü..f.d. Əhmədova Arzu Musa qızı – Fizika və kimya kafedrasının dosenti
3. f.e.d. Cəfərov Maarif Əli oğlu – BDU-nun “Yarımkeçiricilər fizikası” kafedrasının professoru
7. f.ü.f.d. Nağıyev Tural Qulu oğlu – AMEA Fizika İnstitutunun “Yarımkeçiricilərdə tarazlıqda olmayan elektron prosesləri” laboratoriyasının böyük elmi işçisi
8. f .e.d., dosent İbrahimov Tahir Cümşüd oğlu – AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi
9. Phd. Hüseynov Elçin Məmmədəli oğlu – AMEA Radiasiya Problemləri İnstitutu, Milli Nüvə Tədqiqatları Mərkəzi, şöbə müdiri
10. f.e.d. Cabarov Sakin Həmid oğlu — AMEA Fizika İnstitutu, dosent
*
Polimer kompozit sistemlər əsaında praktiki tətbiq imkanlı perspektivli materialların yaradılmasının fiziki-kimyəvi əsaslarının işlənməsi.
– Müxtəlif tərkibli kompozit sistemlərin alınması üçün texnoloji əsasların işlənib hazırlanması.
– Alınmış müxtəlif tərkibli kompozit sistemlərin fiziki-kimyəvi parametrlərinin tədqiqi.
– Eksperimental qurğuların təkmilləşdirilməsi və əldə olunan nəticələrin təhlili
UNEC alimlərinin tədqiqatı beynəlxalq müsabiqənin qalibi olub (21.10.2021)
Kompozit materialların aktual problemlərinə həsr olunan tədbir keçirilib (24.05.2021)